Bütün Ekvador işıqsız qalıb...

Ekvadorun bütün sakinləri elektrik xəttinin qəzaya uğraması səbəbindən işıqsız qalıb...

Ekvador şəhərlərinin küçələrində işıqforlar sönüb, telefon rabitəsi kəsilib.

Poliqon xəbər verir ki, bu barədə Ekvadorun ictimai işlər naziri Roberto Luke məlumat verib.

“CENACE-dən (milli operator) aldığımız təcili məlumatda deyilir ki, elektrik xəttində nasazlıq var və ona görə də ölkə üzrə enerji təchizatı yoxdur. Biz bütün səylərimizi problemin tez bir zamanda həllinə yönəldirik”, deyə Ekvadorlu məmur X sosial şəbəkəsində bildirib.

Ekvador hazırda ciddi enerji böhranı yaşayır. Ölkədə istehsal gücü çatışmazlığı var. Vəziyyəti su anbarlarında suyun səviyyəsinin aşağı olması və Kolumbiyadan elektrik enerjisi idxalının dayandırılması daha da ağırlaşdırır. Yazdan bəri Ekvadorda hər gün bir neçə saat işıqlar söndürülür. Aprelin 19-da ölkədə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Poliqon.info