Cəlilabadda su bəndində boğulanların kimliyi bilinib - Yenilənib

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub...

"Report"un Muğan bürosunun məlumatına görə, həmin şəxslər rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Cəlilabadda su bəndində iki nəfər boğulub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.

Boğulan şəxslərin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info