Ötən gün 105 kq narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi çəkisi 105 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb...

Poliqon xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 103 kiloqrama yaxın marixuana, 217 qram metamfetamin, 709 qram tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 1390 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Poliqon.info