Avro-2024: Türkiyə ilk matçında qələbə qazandı 

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb...

Poliqon xəbər verir ki, Mərt Müldür 25-ci, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisində son nöqtəni Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə qoyub. Gürcüstan millisinin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze vurub. (Report)

Poliqon.info