"Şamaxı" klubu Belajdi Pusini transfer edib

“Şamaxı” klubu ötən mövsümü "Turan Tovuz" komandasında keçirən Belajdi Pusini transfer edib...

Poliqon klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi albaniyalı hücumçu ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ildə Tovuz klubuna transfer edilmişdi.

Poliqon.info