Tovuzda avtomobil çaya düşüb - iki nəfərin axtarışları aparılır

Tovuzda avtomobil çaya düşüb, batdıqları ehtimal onun iki nəfərin axtarışları aparılır...

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə Hunanlar kəndi ərazisində qeydə alınıb. Avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.

Axtarışlar Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.

Poliqon.info