ABŞ Ukraynanın zəruri ehtiyacları üçün əlavə yardım ayırıb

ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar ayırıb...

APA-nın “Unian“a istinadən xəbərinə görə, bunu İsveçrədə keçirilən Sülh Sammitində bu ölkənin vitse-prezidenti Kamala Harris açıqlayıb.

Kamala Harris bildirib ki, həmin vəsait eyni zamanda humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq.

Poliqon.info