Səbaildə avtomobillər toqquşub: Yaralanan var

Bakının Səbail rayonunda 28 yaşlı şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Taleh Sərdar oğlu Əliyev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info