Bakıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb - Yenilənib

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Toyota Prius" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini beton arakəsməyə çırpıb.

Avtomobil yararsız vəziyyətə düşüb. Əraziyə təcili tibbi yardım avtomoboli və polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Toyota Prius" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini beton arakəsməyə çırpıb.

Avtomobil yararsız vəziyyətə düşüb.

Əraziyə təcili tibbi yardım avtomoboli və polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Poliqon.info