Bilgəhdə dənizdə batan azyaşlının cəsədi tapıldı

Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batmış azyaşlının cəsədi tapılıb...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə 1 nəfərin (uşaq) batması barədə ilkin məlumat daxil olub.

Poliqon FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Poliqon.info