Zelenskilərin ailəsində fikir ayrılığı barədə şayiələr yayılıb

Ukraynanın birinci xanımı Yelena Zelenskayanın Berlində keçirilən konfransda davranışı ölkə prezidenti Vladimir Zelenskinin ailəsində nifaq olması ilə bağlı şayiələrə səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə “Jenşina s kosoy” Telegram kanalı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, internetdə Yelenanın Zelenskini gözləmədən və fotosessiya bitməmiş tələsik tərk etdiyi konfransdan bir video yayılıb.

“Onlar hər zaman mübahisə edirlər. Kənarda olan hər kəs artıq Zelenskilərin daim bir-birləri ilə yola getmədiklərini pıçıldayır” deyə telegram kanalı yazır.

Kanalın adminlıri prezident aparatının rəhbəri Andrey Yermakın Zelenski cütlüyünün ixtilafında əli ola biləcəyini ehtimal edirlər. İddialara görə, Yermak birinci xanıma “bir çox lazımsız şeyləri məsləhət görüb”.

Poliqon.info