Tramp: Süni intellekt həyəcan verici sürətlə inkişaf edir...

ABŞ-ın sabiq prezidenti Donald Tramp süni intellektin inkişafının sürətindən narahatdır...

Hazırda süni intellekt həyəcan verici inkişaf templərini nümayiş etdirir.

Poliqon xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Tramp “Impaulsive” YouTube kanalına müsahibəsində deyib.

Nümunə olaraq, Tramp çıxış üçün nitq hazırlamaq məsələsini göstərib. O, qeyd edib ki, maşın bu işi onun özündən və keçmiş prezidentin hər hansı köməkçisindən daha yaxşı iş görüb.

“Mən heç vaxt belə bir şey görməmişəm. Hər şey çox tez, sözün əsl mənasında bir neçə dəqiqə ərzində hazır idi. Bu qorxuncdur”, deyə Tramp gələcəyə olan qorxusunu ifadə edib.

Tramp süni intellektdən əldə edilən nəticəni “əla” adlandırıb, zarafatla qeyd edib ki, köməkçisini işdən çıxarmağa və süni intellektin yazdığı çıxışı oxumağa hazırdır.

Poliqon.info