Bayden Qəzzada atəşkəsin tezliklə əldə olunacağına əmin deyil

ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs barədə razılığın əldə olunacağına ümid edir...

Poliqon xəbər verir ki, Bayden bu mövzunu G7-nin İtaliyada keçirilən sammitində qaldırıb. ABŞ prezidenti qeyd edib ki, atəşkəs barədə razılığın əldə olunması üçün Fələstinin HƏMAS hərəkatı ilk addımı atmalıdır.

Sammit iştirakçılarının Qəzzada atəşkəs sazişi layihəsini müzakirə edib-etməməsi ilə bağlı suala ABŞ prezidenti müsbət cavab verib. Razılığın yaxın vaxtlarda əldə olunacağına əmin olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala isə o,belə cavab verib: “Xeyr. Amma məən ümidimi itirmirəm”.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrından davam edir. May ayında ABŞ prezidenti yeni sülh sazişi layihəsini açıqlayıb. HƏMAS təşəbbüsü müsbət qiymətləndirib. İyun ayında hərəkat ABŞ-ın BMT Təhlükəsizlik Şurasında mərhələli atəşkəslə bağlı qəbul etdiyi qətnaməni də alqışlayıb.

Poliqon.info