Tovuzda yük maşını aşıb, xəsarət alan var - Foto

Tovuzda yol qəzası baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Yuxarı Öysüzlü kəndidə qeydə alınıb. Daşla dolu “Shacman” markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1989-cü il təvəllüldü sürücü Elbrus Nurməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info