Qonşu ölkələrə ərazi iddaları olan konstitutsiyanın dəyişdirilməsi Ermənistanın daxili işi ola bilər?

Paşinyan Ermənistan konstitutsiyasının dəyişdirilməsini sülh sazişi ilə əlaqələndirməyi qeyi-mümkün hesab edir...

Politoloq: “Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxil məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil”.

“Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın baş nazirinin konstitutsiya ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən parlamentdə deputatların suallarını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi bir ay müddətində imzalana bilər. Eyni zamanda, Paşinyan Ermənistan konstitutsiyasının dəyişdirilməsini sülh sazişi ilə əlaqələndirməyi qeyi-mümkün hesab edir və bildirib ki, bu sülh peosesinə ağır zərbə olacaq.

Ermənistan konstitutsiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycan prezidentinin də mövqeyi bəllidir. Bu halda Paşinyanın bu mövqeyi nədən xəbər verir və Ermənistan konstitutsiyasında Azərbaycan və Türkiyəyə qarşı açıq ərazi iddaları varsa, o halda konstitutsiyasının dəyişdirilməsi Ermənistanın daxili işi ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Fakt odur ki, faşist ideologiyasına əsaslanan Ermənistan konstitutsiyası bölgədə yeni müharibələrin xəbərçisidir”.

Yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsinin zaman tələb etdiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır:

“Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonrakı mərhələyə saxlayır. Qəribədir ki, Paşinyan və digərləri rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirir. Amma fakt odur ki, faşist ideologiyasına əsaslanan Ermənistan konstitutsiyası bölgədə yeni müharibələrin xəbərçisidir.

Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxil məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Nikol Paşinyanın özünün də açıqlamaları var.

Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən Konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır”.

Nərminə UMUDLU Poliqon.info