Doğma Floridada Trampın mövqeləri laxlayıb

Sorğular göstərir ki, Trampın Bayden üzərindəki üstünlüyü vətəni Florida şatatında azalıb...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və hazırkı Amerika lideri Co Bayden arasında seçici dəstəyi baxımından fərq iyun ayında Respublikaçıların “doğma” Florida ştatında aşağı düşüb.

Poliqon xəbər verir ki, Florida Atlantik Universitetinin çərşənbə günü açıqladığı sorğunun nəticələri bunu göstərməkdədir.

Sorğunun nəticələrinə əsasən Floridada respondentlərin 46%-i Trampa, 42%-i isə Baydenə üstünlük verib. Aprel ayında bu rəqəmlər müvafiq olaraq 50% və 42% olub. Bir ay ərzində ABŞ prezidentliyinə iddialı iki namizəd arasındakı fərq 8 faiz bəndindən 4 faiz bəndinə qədər azalıb.

Tramp həm 2016, həm də 2020-ci il prezident seçkilərində Floridada qalib gəlib, baxmayaraq ki, ştat 2008 və 2012-ci illərdə Demokratlar Partiyasının namizədi Barak Obamanı dəstəkləyib.

Poliqon.info