Alman nazir Rusiyanın NATO-ya hücum edəcəyi tarix açıqlayıb

Rusiya beş ildən sonra NATO-ya üzv dövlətlərə hücum edə bilər...

Poliqon xəbər verir ki, belə bir proqnozu Almaniyanın müdafiə naziri Boris Pistorius verib.

"Bild" nəşrinin məlumatına görə, Pistorius deyib ki, təhdidlərlə bağlı vəziyyət bir neçə il əvvəlki vəziyyətlə müqayisədə dəyişib. Bununla bağlı o qeyd edib ki, ölkədə məcburi hərbi xidmətin qaytarılmasına ehtiyac var.

"Nəzərə almalıyıq ki, 2029-cu ildə Rusiya Federasiyası NATO ölkələrindən birinə hücum edə bilər. Ona görə də biz şəxsi heyət baxımından çəkindirmə potensialını bərpa etməliyik", deyə Pistorius izah edib.

O qeyd edib ki, yaxın vaxtlarda Bundesverin sayı 203 minə çatdırılmalıdır. Eyni zamanda, NATO-nun hesablamalarına görə, Almaniyanın 200 minə yaxın ehtiyata ehtiyacı var.

Pistorius bildirib ki, Bundesver ən güclü, ən təlim keçmiş və motivasiyalıları işə götürmək istəyir.

"Biz darıxdırıcı və mənasız hərbi xidmət istəmirik", deyə nazir vurğulayıb.

Martın əvvəlində "Der Spiegel" Almaniyada icbari hərbi xidmətin ehtimal olunan bərpası barədə məlumat vermişdi. Məlumata görə, ölkənin müdafiə naziri Boris Pistorius belə bir xidmət üçün modellərin hazırlanmasını artıq tapşırıb.

Poliqon.info