İran Rusiya turistlərinin sevimli ölkəsinə çevrilir

İran 2024-cü ildə Rusiyadan 50 mindən çox turistin ölkəyə gələcəyini gözləyir...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu İranın Mədəni İrs, Sənətkarlıq və Turizm Nazirliyinin beynəlxalq turizmin inkişafı departamentinin direktoru Müslim Şocayi deyib.

“Keçən il Rusiyadan bizə 50 min turist gəldi. Və bu il bu rəqəmin daha yüksək dəyərlərə çatacağını gözləyirik”, deyə Müslim Şocayi qeyd edib.

Nazir həmçinin əlavə edib ki, İrandan Rusiyaya 60 mindən çox turist gedib.

Şocayi qeyd edib ki, hər iki ölkədə xarici turizm daha böyük potensiala malikdir, ona görə də Moskva və Tehran vətəndaşları bir-birinin ölkələrinə daha tez-tez səfər edə bilərlər.

Poliqon.info