Kanada Ukrayna qoşunlarına 50 yeni zirehli transportyor təhvil verib

Kanada Ukrayna hərbçiləri üçün əvvəlcədən vəd edilmiş 50 maşından ilk dörd zirehli personal daşıyıcısını göndərib...

Poliqon xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Bill Bleyr bildirib.

“Birinci partiyaya sanitar modifikasiyada təqdim olunan zirehli personal daşıyıcıları daxildir”, deyə Bleyerin X sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, bu yay Ukrayna hərbçiləri ABŞ istehsalı olan “Stryker”ə strukturca oxşar olan Kanada zirehli transportyorlarının idarə edilməsi üzrə təlim kursu keçəcəklər.

Qeyd edək ki, iki gün əvvəl Pentaqon Ukraynaya ABŞ-dan 225 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edib. Paketə HIMARS və HAWK raketləri, o cümlədən hava hücumundan müdafiə sistemi üçün sursatlar daxildir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri “Stinger” raketləri, M113 zirehli transportyorları, 155 və 105 mm-lik artilleriya mərmiləri, “Javelin” tank əleyhinə sistemləri, patrul katerləri, gecəgörmə cihazları alacaq.

Poliqon.info