Elsevər Ağayev CCNTürkə müsahibə verdi - Video

Səhiyyə nazirinin müavini qan xəstəliklərindən danışıb
Türkiyənin Antalya şəhərində V Avrasya Hematoloji Kongresi keçirilib. ANS PRESS-in məlumatına görə, konqresdə iştirak edən Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev CCN Türk kanalına müsahibə verib.Hemotoloji Uzmanlıq Dərnəyinin təşkilatçılığı ilə reallaşan V Avrasiya Hemotoloqlar Konqresinə 1000-ə yaxın hemotoloq (qan mütəxəssizi) qatılıb. Konqresdə ölkəmizi səhiyyə naziri Elsevər Ağayevlə birlikdə 100 azərbaycanlı həkim iştirak edib. V Avrasiya Hemotoloji Konqres azərbaycanlı milyarder Telman İsmayılovun sahibi olduğu "Mardan Palace" otelində düzənlənib.Konqresdən reportaj hazırlayan CNNTürk telekanalının müxbiri Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayevlə də söhbətləşib. Ağayev azərbaycanlı həkimlərin konqresdə iştirakının olduqca əhəmiyyətli olduğunu vurğulayıb:"Hemotoloji qan xəstəlikləri deməkdir. Qan xəstəlikləri ilə bağlı bu sahədə nə kimi müalicə üsulları və inkişaflar məhz bu konqresdə açıqlanır. Qan xəstəliklə digər xəstəliklər kimi elmi texniki tərəqqi proseslə bərabər inkişaf edirlər. Qan xəstəliklərinin sayı artır, o cümlədən onların müalicəsinin yeni metodları da yaranır. Bu metodların həkimlər arasında paylaşmasında bu konqresin çox böyük əhəmiyyəti vardır."