Ermənistanda polis etirazları yatırmaq üçün səs bombalarından istifadə edib

Ermənistan parlamentinin binası yaxınlığında polis səs bombalarından istifadə etməyə başlayıb...

"Report" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Bundan əvvəl parlament binasının yanındakı parkda izdiham yaşanıb. Polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır.

Ermənistan polisinin rəisi Amam Ovannisyan İrəvanda nümayişçilərə qarşı səs qumbaralarından istifadə edilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən “Düz ediblər, başıma nə qədər butulka düşdü, heç bilirsiniz?! Özlərini dinc aparsınlar. Nə edək? Buraxaq insanlar bir-birini doğrasın?” deyə cavab verib.

Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentinin binasını tələsik tərk etdiyi də bildirilir. Hadisəyə münasibət bildirən Baş nazir Nikol Paşinyan polisin qanun çərçivəsində hərəkət etdiyini deyib:

“Polis qanunla ona həvalə edilmiş funksiyaları ciddi şəkildə qanun çərçivəsində həyata keçirir”, - deyə o qeyd edib.

Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanda parlament binası yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.

Poliqon.info