Ağdamda onminlərlə çətənə bitkisi məhv edildi

Ağdamda yabanı halda bitən 4 tona yaxın çətənə bitkisi məhv edilib...

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22 313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Poliqin.info