Yaponiya Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə sanksiya tətbiq etmək istəyir

Yaponiya hökuməti ilk dəfə olaraq Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər...

Poliqon xəbər verir ki, bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, siyahıya Rusiya Federasiyasına hərbi məqsədlər üçün materialların, o cümlədən nitroselülozun tədarükü ilə məşğul olan şirkətlər daxil ola bilər.

Yaponiyanın baş naziri Fumio Kişidanın İtaliyada keçiriləcək sammit zamanı G7-yə sanksiyalarla bağlı məlumat gətirəcəyi iddia edilir. Tədbir iyunun 13-də başlayır.

Bu, Çin şirkətlərinin Qərbin anti-Rusiya sanksiya siyahısına daxil edilməsi ilk dəfə deyil, lakin Tokio əvvəllər belə məhdudiyyətlər tətbiq etməyib. "Bloomberg"in məlumatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası bu gün, iyunun 12-də sanksiyaların genişləndirilməsini elan etməyi planlaşdırır. Onlar Honq-Konqda yerləşən səkkiz şirkətə təsir edə bilər.

Poliqon.info