Güclü leysan İsmayıllıda fəsadlara səbəb oldu

Dünən gecə saatlarında başlayan güclü leysan yağışları İsmayıllıda bəzi fəsadlara səbəb olub...

APA xəbər verir ki, güclü leysan yağışları nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda 20 kəndə elektrik enerjisi fasilələrlə verilir.

Bir sıra kəndlərdə isə enerji verilişi dayanıb.

Bundan başqa, Lahıc kənd yolunda gediş-gəlişdə problemlər yaranıb. Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Poliqon.info