Stoltenberqdən Almaniya hökümətinə dəstək...

NATO-nun baş katibi Almaniyanın Rusiyaya qarşı alman silahlarından istifadə etmək qərarını dəstəkləyib...

Poliqon DPA Agentliyinə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq alman hakimiyyətinin Ukraynanın Xarkov vilayətindən Rusiya ərazilərinə alman silahlarıyla zərbələr endirilməsinə icazə verilməsi qərarını dəstəkləyib.

Stoltenbeq jurnalistin Qərb silahlarının Rusiyaya qarşı istifadə olunub-olunmaması sualına cavab verməkdən imtina edərək, təfərrüatlara girə bilməyəcəyini qeyd edib.

Baş katib bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə bu silahlardan, xüsusən də sərhəd yaxınlığındakı hərbi hədəflərə qarşı istifadə etməyə icazə verilməsi məntiqlidir.

Poliqon.info