Gürcüstan hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşır

Rusiya və Gürcüstan hökumətləri diplomatik münasibətləri bərpa etməyə çalışırlar...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalının mənbələrə istinadən məlumat yayıb. Mənbələr iddia edir ki, Gürcüstanın Moskvadakı səfirliyinə diplomat seçimi artıq aparılır.

Lakin telekanalın hakim “Gürcü arzusu” partiyasına yaxın mənbələri partiyanın belə planlarının olduğunu inkar ediblər. Onlar Moskvada səfirliyin açılması ilə bağlı məlumatın yayılmasını əsassız adlandırırlar.

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri 2008-ci ildə Rusiyanın “sülh təminatı” əməliyyatından və Cənubi Osetiya və Abxaziyanın müstəqil dövlət kimi tanımasından sonra kəsib.

Poliqon.info