İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb...

Təhsil İnstitutundan "Report"a bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.

Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

İmtahanın təfərrüatları:• Müddət: 120 dəqiqə• Ümumi sual sayı: 60

Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

İbtidai sinif – Azərbaycan dili

İbtidai sinif – Riyaziyyat

Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Poliqon.info