Bu rayonlar qaz olmayacaq

Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 11:00-dan 15:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Şirvan şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.