Rusiyada ekstremizmdə təqsirli bilinən deputat mandatdan məhrum edilib

Rusiyanın Tomsk şəhər duması bir neçə gün əvvəl ekstremizm işi üzrə hökmü qüvvəyə minmiş deputat Kseniya Fadeyevanın mandatını ləğv edib

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bilirsiniz ki, 2024-cü il mayın 28-də ittiham aktı qanuni qüvvəyə minib, bununla əlaqədar biz bütün rəsmiyyətlərə riayət etməliyik", deyə Tomsk dumasının sədr müavini Andrey Petrov bildirib.

Moskva hüquq-mühafizə orqanları Fadeyevanı 2021-ci ilin sonunda saxlayıb. O, ekstremist birlik təşkil etməkdə (Rusiya Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 3-cü hissəsi) və vətəndaşların şəxsiyyətini və hüquqlarını pozan qeyri-kommersiya təşkilatının fəaliyyətində iştirak etməkdə (Cinayət Məcəlləsinin 239-cu maddəsinin 3-cü hissəsi) ittiham olunurdu.

İstintaqın versiyasına görə, deputat 2021-ci ilin yanvar və aprel aylarında Tomsk sakinlərini Aleksey Navalnıya dəstək üçün icazəsiz etiraz aksiyalarına çağırıb.

2023-cü il dekabrın 29-da Fadeyeva ümumi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum edilib. Qadının vəkili hökmdən apellyasiya şikayəti versə də, məhkəmə şikayəti təmin etməyib və mayın 28-də qanuni qüvvəyə minib.

Poliqon.info