Malavinin vitse-prezidenti təyyarə qəzasında dünyasını dəyişib

Malavinin vitse-prezidenti Saulos Çilim təyyarə qəzasında dünyasını dəyişib...

Poliqon xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Bir gün əvvəl vitse-prezident Çilim və daha 9 nəfərin olduğu təyyarə radarlardan itib. Malavi prezidenti Lazarus Çakvera itkin düşən təyyarənin axtarışı üçün əməliyyata göstəriş verib.

Təyyarə radarlardan itdikdən sonra səlahiyyətlilər bir neçə dəfə onunla əlaqə yaratmağa çalışsalar da, cəhdlər nəticə verməyib. Dövlət başçısı Baham adalarına planlaşdırılan səfərini ləğv edib.

Malavi Cənub-Şərqi Afrikada dənizə çıxışı olmayan bir ölkədir. Dövlət Tanzaniya, Zambiya və Mozambiklə həmsərhəddir.

Mayın 19-da İran prezidenti İbrahim Rəisinin "Bell 212" helikopteri Culfa şəhəri yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 10 saatdan çox axtarış aparılıb. Qəza nəticəsində prezident daxil olmaqla hər kəs ölüb.

Poliqon.info