Türkiyə Ukrayna ilə bağlı danışıqların bərpası üçün ilkin şərt görmür

Hazırda İstanbulda Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların bərpası üçün heç bir ilkin şərt yoxdur...

Poliqon xəbər verir ki, "RİA Novosti" Agentliyi bu barədə adı açıqlanmayan diplomatik mənbəyə istinadən yazıb.

"Danışıqların bərpası üçün ilkin şərtlər lazımdır. Hazırda heç biri yoxdur", deyə mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Ankara münaqişə tərəflərinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu görmür, lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə ölkənin bu məsələdə hər hansı vasitəçilik istəyini vurğulayır.

Bundan əvvəl Ərdoğan bildirib ki, hərbi lobbi Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair 2022-ci ildə İstanbul danışıqlarını əngəlləyib və sabotaj edib. Türkiyə lideri həmçinin hesab edir ki, Ukraynada Rusiyanın iştirakı olmadan sülh təşəbbüslərinin uğur qazanma şansı azdır.

Poliqon.info