Mirzoyan: Regionda sülhün bərqərar olması üçün real imkan var...

Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün real imkanlar var...

Poliqon erməni mətbuatına əsasən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun iclasının açılışında deyib.

Nazir qeyd edib ki, Ermənistan və ABŞ arasında keçirilən bugörüş yüksək səviyyəli siyasi dialoqun nümunəsidir və bu, demokratik prinsiplərə möhkəm sadiqliyə əsaslanan münasibətlərin gələcək inkişafına təkan verəcək.

Ermənistanın xarici işlər naziri Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarından bəhs edərkən bildirib ki, iki ölkə arasında uzunmüddətli sülh əldə edilməsi üçün imkanlar reallaşır.

Poliqon.info