ABŞ və müttəfiqləri SWIFT-in Rusiya analoquna qarşı sanksiyalar hazırlayır

Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiya raundu hazırlayır və bu dəfə SWIFT-in Rusiya analoqu Mərkəzi Bankın Maliyyə Mesajlarının Ötürülməsi Sistemi (SPFS) hədəfdədir...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, hazırda G7 və Aİ SPFS-də iştirak edən üçüncü ölkə banklarına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını müzakirə edir. 2014-cü ildə Rusiya şirkətlərinə sanksiyalar altında transsərhəd ödənişlər etmək imkanı vermək üçün yaradılmış bu sistemə hazırda 20 ölkədən 160-a yaxın xarici kredit təşkilatı qoşulub.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, SPFS iştirakçılarına qarşı məhdudiyyətlərin genişləndirilməsi Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarını, ticarəti və biznesi üçün investisiyaları xeyli çətinləşdirə bilər. Ancaq burada çox şey Rusiya ilə əməkdaşlığı davam etdirə biləcək üçüncü ölkələrin mövqeyindən asılı olacaq.

Poliqon.info