Rusiya ilə İran arasında əməkdaşlıq sazişinin hazırlanması dayandırılıb

Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlıq sazişinin bağlanması prosesi İran tərəfindəki problemlərə görə dayandırılıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov məlumat verib. Kabulov əmin edib ki, sənəd üzərində iş yekunlaşacaq.

“Proses iranlı tərəfdaşlarla problemlərə görə dayandırılıb amma bu işin tamamlanacağına şübhəm yoxdur. Sazişin mətni razılaşdırıldıqdan sonra isə iki ölkənin liderləri tərəfindən imzalanacaq. İmzalanma vaxtı və yeri barədə sonra məlumat veriləcək”, deyə diplomat “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

Xatırladaq ki, Rusiya və İran arasında hərtərəfli əməkdaşlıq haqqında saziş üzərində iş 2022-ci ilin sentyabrında başlayıb. Sonra bu məsələni Vladimir Putin və İslam Respublikasının prezidenti İbrahim Rəisi Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində müzakirə ediblər. 2024-cü ilin mayında Kabulov bildirib ki, İran tərəfi sənədə düzəlişlər təklif edib, təfərrüatlar verilməyib.

Poliqon.info