Şimali Osetiya dağlarında Rusiya qırıcısı qəzaya uğrayıb

Su-34 təyyarəsinin ekipajı Şimali Osetiyadakı qəzadan sağ çıxa bilməyib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən TASS Agentliyi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb”, deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, ekipaj üzvlərindən heç biri sağ qalmayıb. Müdafiə Nazirliyindən bildirilib ki, faciənin ilkin səbəbi texniki nasazlıqdır.

Poliqon.info