Orban: Fransada siyasi zəlzələ baş verib...

Macarıstanın baş naziri: Seçkilər Avropanı müharibəyə aparan “qatarı” yavaşlatdı...

Poliqon xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bazar ertəsi, Avropa Parlamentinə keçirilən son seçkilərin nəticələrinin onun gözləntilərinə uyğun olduğunu bildirib. Orbanın fikrincə, bu seçkilərin nəticələri Avropanı müharibəyə doğru aparan “qatarın yavaşlamasına” səbəb olub.

“Bu qatar dayandırıla bilər, çünki müharibənin tərəfdarı olan Fransada əsl siyasi zəlzələ baş verib”, deyə Macarıstanın baş naziri deyib.

Orban vurğulayıb ki, dinc həll tərəfdarları son dərəcə əhəmiyyətli qələbə qazandıqları üçün indi Fransada parlament seçkiləri keçiriləcək.

Macarıstanın baş naziri qeyd edib ki, indi ABŞ-da keçiriləcək prezident seçkilərində keçmiş Amerika lideri Donald Trampın qələbəsini gözləmək lazımdır.

Poliqon.info