ABŞ müdafiə sazişi üçün Səudiyyə Ərəbistanına şərt qoyub

ABŞ prezidenti Co Bayden administrasiyası və Səudiyyə Ərəbistanı krallığın İsraillə diplomatik münasibətləri normallaşdırması müqabilində müdafiə sazişi bağlamağa yaxındır...

Poliqon xəbər verir ki, nu barədə The Wall Street Journal qəzeti Amerika və Səudiyyə Ərəbistanı rəsmilərinə istinadən yazır.

WSJ-nin məqaləsində qeyd edilir ki, saziş Səudiyyə Ərəbistanının mövqeyini yaxşılaşdırmalı və ABŞ-ın Yaxın Şərqdəki hərbi rolunu gücləndirməlidir. Müqaviləyə krallığın mülki nüvə proqramının inkişafına dəstək daxildir. Xüsusilə, söhbət ərəblərin öz uranın zənginləşdirilməsi sistemini yaratmaqdan gedir.

Razılaşma Səudiyyə Ərəbistanının regional rəqibi olan və Rusiya ilə əlaqələrini dərinləşdirən İranla da gərginliyi artıra bilər.

WSJ-nin fikrincə, diplomatik səylərin uğuru İsrailin Fələstin dövləti yaratmaq və Qəzza zolağında müharibəyə son qoymaq öhdəliyindən asılıdır.

Poliqon.info