G7 Pekinə Rusiya ilə əməkdaşlıq barədə xəbərdarlıq edəcək

G7 ölkələri kiçik Çin banklarını Rusiya Federasiyası ilə əməkdaşlıqla bağlı risklər barədə xəbərdar etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ rəsmiləri gələn həftə G7 ölkələrinin kiçik Çin banklarına Rusiyaya Qərb sanksiyalarından yayınmağa kömək etməyi dayandırmaq üçün yeni sərt xəbərdarlıq göndərəcəyini gözləyirlər.

"İyunun 13-15-də İtaliyada baş nazir Corciya Maloninin ev sahibliyi ilə keçiriləcək sammitə toplaşan liderlərin şəxsi görüşlərində Çin-Rusiya ticarətinin artmasının Ukraynadakı müharibəyə yaratdığı təhlükə və bununla nə edəcəyinə dair müzakirələr aparılacağı gözlənilir", deyə agentlik yazır.

Eyni zamanda, nəşrin mənbələri iddia edir ki, G7 ölkələri sammit zamanı heç bir banka qarşı onların SWIFT mesajlaşma sisteminə çıxışını məhdudlaşdırmaq və ya dollara çıxışı kəsmək kimi təcili cəza tədbirləri görməyəcək.

"Onlar ən böyük Çin banklarına deyil, daha kiçik qurumlara yönəliblər", deyə mənbə qeyd edib.

Poliqon.info