Orban Avropa Parlamentinə seçkilərdə qələbəsini elan edib

Viktor Orban AP seçkilərində hakim Macarıstan alyansının qalib gəldiyini elan edib...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban hakim Fides-Xristian Demokratik Xalq Partiyasının Avropa Parlamentində və ölkədə keçirilən yerli seçkilərdə qalib gəldiyini açıqlayıb.

“Bu gün Budapeştdə və bütün Macarıstanda seçkilər keçirdik və hər iki halda qalib gəldik”, deyə Orban alyansın qərargahında tərəfdarlarına müraciətində bildirib.

Baş nazir Macarıstan hökumətinin sülhsevər mövqeyinin “daha da gücləndiyini” vurğulayıb.

“Avropa Parlamentinə seçkilərin nəticələrinə gəlincə, Macarıstan vətəndaşları aydın şəkildə sülh arzularını ifadə ediblər. Müharibə və sülh arasında seçim varsa, onlar sülhü seçirlər”, deyə Orban vurğulayıb.

Milli Seçki Bürosunun məlumatına görə, hakim alyans 21 mandatdan 11-ni qazanıb. Əvvəlki dövrədə onların 13 mandatı var idi.

Poliqon.info