Seul “zibil hücumlarına” cavab olaraq Şimali Koreyaya təbliğat yayımlarını bərpa edib

Yayım sərhəddəki dinamiklər vasitəsilə həyata keçirilir...

Cənubi Koreya KXDR ilə sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə yayımı bərpa edib.

Poliqon xəbər verir ki, “Yonhap” Agentliyi Cənubi Koreya prezidentinin administrasiyasına istinadən məlumat yayıb. Agentlik yazır ki, Şimali Koreya ilə sərhəd rayonlarının sakinləri Pxenyanın senzurasının nəzarətində olmayan xəbərləri və digər yayımları eşidə biləcəklər.

Seul bu cür hərəkətləri KXDR-in davam edən “zibil hücumlarına” cavab adlandırıb. Mayın sonundan bəri Şimali Koreyadan tərkibində çirk və tullantı olan 1000-dən çox balon havaya buraxılıb.

Pxenyan bildirib ki, hava şarlarının buraxılması yalnız Cənubi Koreyalı fəalların hərəkətlərinə cavabdır. Eyni şarlardan istifadə edənlər KXDR-ə Şimali Koreya hakimiyyətinə qarşı mübarizəyə çağırış vərəqələri, həmçinin pul və fleş disklərdə filmlər buraxıblar.

Sonuncu dəfə fəallar iyunun 7-də və 8-də belə aksiya keçiriblər, bundan sonra Şimali Koreya yenidən yüzlərlə zibil şarı göndərib.

Seul ilk dəfə 2004-cü ildə sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə yayıma cəhd edib. 2018-ci ildə Kim Çen In ilə nadir sammitdən sonra yayımlar dayandırılıb.

Poliqon.info