Şoltsun partiyası Avropa Parlamentinə seçkilər tarixində ən pis nəticə göstərib

Almaniyada Avropa Parlamentinə seçkilərdə sağ mərkəzçi CDU/CSU bloku qalib gəlir...

Poliqon xəbər verir ki, bu barədə “Infratest Dimap” İnstitutunun sorğusunun məlumatlarına əsasən ARD telekanalı məlumat yayıb.

Sorğunun məlumatlarına əsasən ikinci yeri ifrat sağçıların təmsil olunduğu Almaniya üçün Alternativ (AfD), üçüncü yerdə tarixdə ən pis nəticə göstərən kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası (SPD) qərarlaşıb.

Son məlumatlara görə CDU/CSU 23,8%, AfD 15,9%, SPD 13,9% səs toplayır. SPD, Yaşıllar və Azad Liberalların (FDP) hakim koalisiyası səslərin üçdə birini alır.

Avropa Parlamentinə seçkilərdə ilkin məlumatlara görə, seçicilərin 51%-i iştirak edib. Aİ ölkələrinin əksəriyyətində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Xalq Partiyası qalib gəlir.

Qeyd edək ki, Fransada prezident Emmanuel Makron partiyasının seçkilərdə məğlub olmasından sonra parlamenti buraxıb. Avstriyada isə Rusiya qarşı sanksiyaları tənqid edən partiya qalib gəlir.

Poliqon.info