İran Konstitusiyasını Mühafizə Şurası prezidentliyə namizədlərin seçimini başa çatdırıb

İran Konstitusiyasını Mühafizə Şurası prezident seçkilərində iştirak etmək üçün namizədlərin seçimini başa çatdırıb...

APA-nın xəbərinə görə, bu barədə IRIB Dövlət Televiziyası məlumat yayıb.

Qurumun rəsmi nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, 14-cü prezident seçkilərində iştirak edəcək namizədlərin adları Daxili İşlər Nazirliyinə göndərilib.

Qeyd edək ki, bundan əvvəl İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar seçkilərdə iştirak etməmək qərarına gəldiyini açıqlayıb.

Poliqon.info