ABŞ NATO-nu qorumaq üçün hər şeyi etməyə hazırdır

ABŞ NATO-nu qorumaq üçün hər şeyi etməyə hazır olduğunu açıqlayıb...

APA xəbər verir ki, Ağ Evdən yayılan bəyanatda ABŞ-ın heç bir halda Rusiya ilə münaqişəyə daxil olmaq niyyətində olmadığı, lakin Şimali Atlantika Blokunu qorumaq üçün hər şeyi etməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, İyunun 5-də Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumunda dünya mediası ilə görüşü zamanı Rusiyanın guya NATO-ya hücum etmək istədiyi ilə bağlı əsassız fikirlərin səsləndiyini bildirərək bu fikiri sərt dillə tənqid edib.

Poliqon.info