Şəki sakini kombaynın altında qalaraq ölüb

Şəkidə bədbəxt hadisə nəticəsində 61 yaşlı kişi ölüb....

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndində baş verib.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini təmir edərkən maşın hərəkətə gəlib və o, texnikanın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info