Kirbi: ABŞ Rusiya gəmilərinin Kubaya səfərində təhlükə görmür

ABŞ Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Havana limanına səfərini izləyir...

Poliqon xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Lakin biz bu təlimlər nəticəsində milli təhlükəsizliyə ciddi təhlükə gözləmirik", deyə Kirbi CNN telekanalının efirində bildirib.

Bir gün əvvəl "Reuters" agentliyi Rusiya silahlı qüvvələrinin Karib hövzəsində təlimlər keçirmək niyyətində olduğunu bildirmişdi. Gəmilərin Kuba və ola bilsin Venesuela limanlarına üz tutacağı gözlənilir. Agentliyin məlumatına görə, Rusiya Federasiyası Birləşmiş Ştatlara hələ də qlobal gücə qadir olduğunu nümayiş etdirmək istəyir və təlimlər Ukraynaya dəstək üçün cavab idi.

Poliqon.info