Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
APA-nın Şimal bürosu xəbər verir ki, 1983-cü il təvəllüdlü Elşən Əzizov yolu keçərkən onu yanacaq daşıyan avtomobil vurub.
Nəticədə E.Əzizov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info