Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Abbasov dəfn edilib – Yenilənib

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovlə Daşkəsən rayonu Xoşbulaq kəndində keçirilən vida mərasimi başa çatıb...

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Daşkəsən Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Daşkəsən rayonu Xoşbulaq kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ədalət Vilayət oğlu Abbasov 1970-ci il mayın 25-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. O, 1992-ci il noyabrın 15-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Ə.Abbasov Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

##galery##

Poliqon.info