İsveçrədə keçiriləcək Ukrayna sammitində Macarıstanı Siyyarto təmsil edəcək

Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyyarto İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh sammitində ölkəsini təmsil edəcək...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri məlumat verib.

“Biz Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacağıq, mən həmin sammitdə Macarıstanı təmsil edəcəyəm”, deyə Siyyarto Macarıstanın İsveçrə konfransında iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

Xatırladaq ki, Ukrayna münaqişəsinin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. Onların yarıdan çoxu iştirakını təsdiqləyib.

Poliqon.info