NATO Avropada Rusiyaya qarşı müharibəyə hazırlaşır?

NATO Rusiya Federasiyası ilə müharibə olacağı təqdirdə Amerika qoşunları üçün quru dəhlizləri hazırlayır...
"Məlumat var idi ki, NATO Rusiya ilə müharibə olacağı təqdirdə Amerika qoşunları üçün “quru dəhlizləri” hazırlayır, lakin bu, müharibənin yaxın gələcəkdə başlayacağı anlamına gəlmir. Deyə bilmərik ki, sabah Rusiya Avropada müharibəyə başlayacaq".

Poliqon xəbər verir ki, bunu hərbi müşahidəçi Denis Popoviç deyib. Ekspertin fikrincə, istənilən hərbçi hadisələrin mümkün olan ən pis inkişafına hazırlaşır:

"Alyans müharibənin üfüqdə olduğunu başa düşməyə başladı. İndi bunun başlamasına yox, başlaya biləcəyinə hazır olmaq lazımdır. Çünki onlar mükəmməl başa düşürlər ki, ABŞ Alyansın əsas ölkəsi kimi (döyüş əməliyyatlarında-red.) iştirak edəcək və dərhal qoşunları Avropa qitəsinə köçürmək lazım olacaq. Bu mümkündür, buna görə də indi belə planlar hazırlayırlar”.

İyunun əvvəlində The Daily Telegraph nəşri yazıb ki, NATO Rusiya Federasiyası ilə müharibə olacağı təqdirdə Amerika qoşunları üçün quru dəhlizləri hazırlayır.

Bundan əvvəl Ukayna prezidenti Volodimir Zelenski xəbərdarlıq etmişdi ki, Ukrayna Rusiyanın təcavüzünə müqavimət göstərməsə, NATO-nun Rusiya ilə müharibə ssenarisi reallığa çevriləcək.

Polşa prezidenti Anjey Duda isə bildirib ki, ruslar 2026-2027-ci illərdə Alyansa hücum edə bilərlər.

Poliqon.info