Ukrayna artıq ABŞ silahları ilə Rusiya ərazilərinə zərbələr endirir

Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda Rusiyaya zərbələr endirmək üçün ABŞ silahlarından istifadə edib...

Poliqon xəbər verir ki, bu barədə iyunun 5-də Amerikanın Associated Press xəbər agentliyi anonim qərb rəsmisinə istinadən yazıb. Agentlik qeyd edir ki, Ukrayna ordusu son günlər Rusiyaya zərbələr endirmək üçün ABŞ silahlarından istifadə edib.

Agentlik hücumların hansı ərazidə baş verdiyi barədə təfərrüatları açıqlamayıb. Mənbələr silahın növü barədə məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl The New York Times qəzeti Ukrayna rəsmilərinə istinadən Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində Rusiyaya ilk zərbə endirdiyini yazıb. Hücum Amerika administrasiyasının qadağanı qaldırdıqdan bir neçə gün sonra HIMARS sistemləri vasitəsilə həyata keçirilib.

Poliqon.info